AVRO-2016-nın seçmə mərhələsinin X turunun ilk günündən sonra Fransada keçiriləcək həlledici qarşılaşmalara vəsiqə qazanan yığmaların sayı 16-ya çatıb.
Meydan sahibi kimi final mərhələsinə qatılacaq "üçrənglilər"ə qoşulmaq hüququnu 15 komanda əldə edib. Son gündə Almaniya, Polşa, Albaniya və Rumıniya da final mərhələsinə yüksəlib.
Seçmə mərhələdə uğur qazanan 15 komandadan 6-sı – İngiltərə, Avstriya, Şimali İrlandiya, Portuqaliya, İspaniya və Almaniya qrup qalibi adını qazanıb. 4 yığma - İsveçrə, Rumıniya, Albaniya və Polşa isə 2-ci yeri tutub. Digər 5 komandanın ilk iki yerdən hansını tutacağı dəqiqləşməyib.
Fransa (meydan sahibi), İngiltərə, Çexiya, İslandiya, Avstriya, Şimali İrlandiya, Portuqaliya, İspaniya, İsveçrə, İtaliya, Belçika, Uels, Rumıniya, Albaniya, Almaniya, Polşa.
Bundan başqa, üç komanda 3-cü yeri təmin edib. Həmin yığmalar İrlandiya, Macarıstan və Danimarkadı. Onlar ən azı pley-offa vəsiqəni təmin edib. Lakin üçüncülər arasında ən yaxşı nəticəyə malik olan Macarıstan birbaşa vəsiqə də əldə edə bilər. (apa)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























