Bakıda şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi keçirilib

Bakıda şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi keçirilib

Oktyabrın 5-də Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi olub.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov şahmatın Azərbaycanda sürətlə inkişaf etdiyini, zəngin və qədim ənənələrə malik olduğunu da qeyd edib. Artıq respublikamızın idman ölkəsinə çevrildiyini bildirən nazir deyib ki, mötəbər idman qurumları beynəlxalq turnirlərin Azərbaycanda keçirilməsinə tərəddüdsüz qərarlar verirlər. Bakıda birinci Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirildi. Gələn il Azərbaycanda Şahmat Olimpiadası, 2017-ci İslam Həmrəylik Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının oyunları keçiriləcək. A.Rəhimov, həmçinin şahmat üzrə Dünya Kubokunun keçirildiyi günlərdə partiyaları hər dəfə 600-dək tamaşaçının izləməsini idmansevərlərin, xüsusən də gənclərin şahmata marağının göstəricisi olduğunu vurğulayıb.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov deyib ki, Bakıda keçirilən Dünya Kuboku bir çox cəhətlərinə görə idmanın bu növünün tarixinə düşəcək. O, finalçıların - rusiyalı qrossmeysterlər Sergey Karyakin ilə Pyotr Svidlerin uğurlu çıxışları ilə Azərbaycanın yüksək səviyyədə təşkil etdiyi dünya kubokuna töhfə verdiklərini vurğulayıb. K.İlyumjinov, Dünya Kubokunun yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov yarışın təşkili ilə bağlı görülən işlərdən, FİDE ilə sıx əməkdaşlıqdan danışıb. Sonda finalçıların mükafatlandırılması mərasimi olub.

Dünya Kubokunun sahibi Sergey Karyakin və ikinci yerin mükafatçısı Pyotr Svidler Azərbaycanda keçirilmiş yarışın yüksək səviyyədə təşkil edildiyini vurğulayıb, şahmatçılara yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Mərasimdə 2016-cı ildə Bakıda keçiriləcək Şahmat Olimpiadasının rəsmi loqosu təqdim olunub. (azertac)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az