"Avropa Liqasının qrup mərhələsində "Krasnodar"ı "Qəbələ" ilə çətin oyun gözləyir. "Krasnodar"ın baş məşqçisi Oleq Kononov "Qəbələ"nin müdafiəsini yarmaq üçün çox çalışmalı olacaq. Azərbaycan çempionatında çıxış edən "Qarabağ" klubunun oyun üslubu "Krasnodar"a bənzəyir".
Bu sözləri "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına açıqlamasında deyib.
Syomin axşamkı görüşdən çox qol gözləmədiyini bildirib: "Bugünkü görüşdən çox qol gözləmirəm. Gərgin və bərabər səviyyəli oyun olacaq. "Krasnodar" üçün əsas məsələ rəqibi düzgün qiymətləndirməkdir. "Qəbələ" çox sabit layihədir. Bu, komandanın oyunu, futbolçular və klub rəhbərliyindən ibarətdir. Klubun sahibləri komandanı savadlı və uğurlu bir şəkildə inkişaf etdirirlər".
Qeyd edək ki, 2013/2014 mövsümündə "Qəbələ"ni çalışdıran Syomin Azərbaycan Premyer Liqasının bürünc medallarına yiyələnib.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















