Bu gün milli komandaların növbəti FİFA reytinqi açıqlanıb. Azərbaycan yığması siyahıda irəliləyib.
Sonuncu dəfə sentyabrın 3-də açıqlanan cədvəllə müqayisədə bu dəfə bəzi dəyişikliklər baş verib. Bu da hesabat dövründə DÇ-2018 və AVRO-2016-nın seçmə oyunlarının keçirilməsi ilə bağlıdı.
Dəyişikliklər Azərbaycan millisinə də təsir edib. Son 4 həftədə meydana 2 matçda qüvvəsini sınayan Robert Prosineçkinin yetirmələri 37 xal qazanıb. Xorvatiya ilə evdə (0:0), Malta ilə (2:2) səfərdə əldə olunan bərabərliklər ötən ay 291 xala malik millimizin əmsalını 328-ə çatdırıb. Bu isə komandamızın 110-cu pillədən 105-ciyə yerə şərik olmasına imkan verib.
Liviya ilə eyni xala malik yığmamız son 28 gündə Mozambik, Efiopiya, Zimbabve, Kipr, Litva, Niger, Syerra-Leone və Makedoniyanı arxada qoyub. Benin, Nikaraqua, Mavritaniya və Liberiya isə daha böyük sıçrayışla millimizi də keçib.
Millimiz və "qonşuları"
101 (96). Malavi - 339
102 (100). Oman - 338
103 (90). Latviya - 335
104 (102). Kanada - 333
105 (110). AZƏRBAYCAN – 328
105 (112). Liviya - 328
107 (95). Mozambik - 327
108 (103). Efiopiya - 315
109 (108). Zimbabve - 313
110 (147). Gürcüstan - 308
FİFA reytinqinin ilk "onluğ"unda da dəyişiklik diqqət çəkir. Almaniya 2-ci pilləyə qayıdıbsa, Portuqaliya 4-cü yeri ələ keçirib. İlk "onluğ"a qayıdan İspaniya Rumıniyanı buradan çıxarıb.
İlk "onluq"
1 (1). Argentina – 1419
2 (3). Almaniya – 1401
3 (2). Belçika – 1387
4 (6). Portuqaliya – 1235
5 (4). Kolumbiya – 1228
6 (11). İspaniya - 1223
7 (5). Braziliya – 1204
8 (9). Uels - 1195
9 (8). Çili – 1177
10 (10). İngiltərə - 1161
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən Norveç və Malta irəliləyib. Şimallılar 35 pilləlik sıçrayışa nail olub. Xorvatiya, İtaliya və Bolqarıstan isə geriləyib.
AVRO-2016-nın seçmə mərhələsinin H qrupu
16 (14). Xorvatiya – 965
17 (16). İtaliya – 962
34 (69). Norveç - 739
78 (68). Bolqarıstan - 414
157 (160). Malta – 164
DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimiz arasında Almaniya, Çexiya, Norveç və Şimali İrlandiya irəliləyib. Yalnız San-Marino mövqeyini bir az da pisləşdirib.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
2 (3). Almaniya – 1401
15 (20). Çexiya - 983
34 (69). Norveç - 739
35 (41). Şimali İrlandiya - 724
196 (193). San-Marino - 35
Qeyd edək ki, qonşu Türkiyə yığması siyahıda hesabında olan 717 xalla 9 pillə irəliləyib. "Ay-ulduzlular" bu cədvəldə 37-ci pilləyə yüksəlib.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































