Qətərdə keçiriləcək dünya çempionatına hazırlaşan boks üzrə Azərbaycan millisi sentyabrın 24-də İtaliyaya yola düşəcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, seçməmiz İtaliyanın Assizi şəhərindəki məşq bazasında İtaliya və İrlandiya komandaları ilə birgə toplanış keçəcək.
Baş məşqçi Pedro Roque, məşqçilər Nəriman Abdullayev və Lazaro Ximenes Martinezin rəhbərliyi altında hazırlıq prosesində 9 boksçu iştirak edəcək. Avropa Oyunlarında ağır zədə alan 2 qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da heyətə daxil edilib.
Rio de Janeyro Olimpiadasına lisenziya xarakteri daşıyan dünya çempionatı oktyabrın 6-da start götürəcək. Bu dəfə dünya çempionatında iştirak etmək üçün lisenziya qazanmaq şərt idi. Azərbaycan boksçularından 9-u Avropa Oyunlarından Qətərdə keçiriləcək yarışa vəsiqə qazanıb. Yalnız 49 kq çəki dərəcəsində çıxış edən Rüfət Hüseynov Avropa çempionatında bürünc medal qazanmaqla, mundiala vəsiqə əldə edib. Xaybula Muslov isə (75 kq) İtaliyaya yollana bilməyib. Boksçunun gözündə əməliyyat aparıldığından, dünya çempionatında da iştirak etməyəcək.
Millimizin dünya çempionatındakı heyəti:
49 kq - Rüfət Hüseynov
52 kq - Elvin Məmişzadə
56 kq - Tayfur Əliyev
60 kq - Albert Səlimov
64 kq - Lorenzo Sotomayor
69 kq - Pərviz Bağırov
81 kq - Teymur Məmmədov
91 kq - Abdulqadir Abdullayev
+91 kq - Məhəmmədrəsul Məcidov
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































