"Bavariya"nın hücumçusu Robert Levandovski yeni rekordlara imza atıb. Polşalı futbolçu "Volfsburq"la qarşılaşmada 9 dəqiqə ərzində 5 qolun müəllifi olub.
Bundesliqanın VI turu çərçivəsində baş tutan qarşılaşmanın fasiləsindən sonra meydançaya daxil olan Levandovski 51, 52, 55, 57 və 60-cı dəqiqələrdə fərqlənərək, bir neçə rekordu yeniləyib. Belə ki, o, Avropada ən tez het-trik (4 dəqiqə), poker (6 dəqiqə) və penta-trik (9 dəqiqə) edən futbolçu adına sahib çıxıb. Levandovski eyni zamanda Bundesliqa tarixində sonradan meydançaya daxil olub 5 qol vuran ilk futbolçu olub.
Rekordu ilə bağlı qısa açıqlama verən Levandovski bu göstəricini dəlilik adlandırıb: "Mən sadəcə, top ayağıma düşdükcə zərbə vurdum. Belə olacağını düşünmürdüm. Bu, sadəcə dəlilikdi".
Qeyd edək ki, "Bavariya" "Volfsburq" üzərində 5:1 hesablı qələbə qazanaraq 6 turdan sonra xallarının sayını 18-ə çatdırıb və liderliyini davam etdirib.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















