"Neftçi" klubunun keçmiş hücumçusu Nikolas Kanalesin karyerasını Rusiya çempionatında davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytı xəbər verir ki, "Krılya Sovetov" çilili hücumçunun transferini tam həll edib.
Rusiya Futbol İttifaqı Samara təmsilçisinə Kanalesin və digər yeni transfer Georgi Loriyanın adlarını çempionatın sifariş ərizəsinə daxil etməsinə razılıq verib.
Rusiyada yay "transfer pəncərəsi" avqustun 31-dən sentyabrın 1-nə keçən gecə bağlanıb. Kanalesin keçidi gec rəsmiləşsə də, məlum olub ki, "Krılya Sovetov" klubunun rəhbərliyi ona görə tələb olunan sənədləri vaxtında RFİ-yə təqdim edib.
Qeyd edək ki, Kanales ötən mövsüm "Neftçi"nin heyətində Azərbaycan çempionatında 28 oyunda 11 qola imza atıb.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































