Türkiyənin Samsun şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatı başa çatıb. Taekvondo Federasiyasından verilən məlumata görə, sayca 6-cı dəfə təşkil olunan mundiala 10 idmançı ilə qatılan Azərbaycan millisi 8 medal qazanıb.
Yaşar Doğu Spor Salonunda baş tutan yarışda Nicat Müslümov (75 kq, K-42), Aleksandr Polişuk (+75 kq, K-42 ) və Aynur Dadaşova (+58 kq, K-44) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
75 kq çəki dərəcəsində mübarizə aparan Xəzər İsayev (K-43) yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənib. Əvəz Tağıyevin digər yetirmələrindən Röyalə Fətəliyeva (49 kq, K-44), Əbülfəz Abuzərli (75 kq, K-44 kq), Vüqar Adışirinov (+75 kq, K-44) və Namiq Abbasov (61 kq, K-43) isə bürünc medalla kifayətləniblər.
Beləliklə, 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız kişi komandaları arasında Rusiyadan sonra ikinci, qadın millimiz Rusiya və Türkiyənin ardından üçüncü pillədə qərarlaşıb.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















