Azərbaycan 2024-cu il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən namizəd ölkələr sırasına qatılmaqdan imtina edib.
Apa-nın Beynəlxalq Olimpiya Komitəsinin saytına istinadən verdiyi məlumata görə, bu gün 2024 Yay Olimpiya Oyunları üçün namizəd şəhərlər açıqlanıb.
Bunlar Budapeşt (Macarıstan), Hamburq (Almaniya), Los-Anceles (ABŞ), Paris (Fransa) və Romadır (İtaliya). Müraciət üçün son tarix sentyabrın 15-də bitib.
Bakı ilə yanaşı, Toronto da namizədliyini irəli sürməkdən imtina edib.
Oyunlara ev sahibliyi edəcək şəhərin adı isə 2017-ci ilin sentyabrında Perunun paytaxtı Limada məlum olacaq.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova açıqlamasında Azərbayanın 2024-cu il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməmək qərarının təsdiqləyib.
Onun sözlərinə görə, bunun səbəbi Azərbaycanın gələn il və ondan sonrakı ildə böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir: "Azərbaycan 2016-cı ildə "Formula-1" və Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının final oyunlarına ev sahibliyi edəcək. Həmçinin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq çox böyük diqqət və iş tələb edir. Bu işlərin ciddiliyini nəzərə alaraq namizədliyimizin verilməməsi qərara alınıb".
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















