Avstraliyalı boksçu Devid Braun dünyasını dəyişib. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, idmançının ölümünə filippinli boksçu Karlo Maqali ilə döyüşdə aldığı zədə səbəb olub.
Beynəlxalq Boks Federasiyasının (İBF) versiyası üzrə regional titullardan biri uğrunda baş tutmuş döyüş sentyabrın 11-də Avstraliyanın İnqlbern şəhərində keçirilib. Görüşün 12-ci raundunda filippinli boksçu rəqibi Braunu nokauta salıb.
Kəllə-beyin travması alan 28 yaşlı idmançı kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər həyatını xilas etmək üçün Braunu süni aparata qoşublar. Ancaq 3 günlük səylər bir nəticə verməyib və boksçu dünən dünyasını dəyişib.
Qeyd edək ki, peşəkar boksda 25 görüş keçirən Braun 22 qələbə qazanıb, 1 heç-heçə edib, 2 dəfə isə məğlubiyyətlə üzləşib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























