4 boksçumuz 1/4 finalda

4 boksçumuz 1/4 finalda

Rusiyanın Sankt -Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir.

Publika.az xəbər verir ki, Azərbaycan milli komandasının 4 üzvü 1/4 final mərhələsinə vəsiqə qazanıb. 54 kq çəki dərəcəsində çıxış edən Orxan Həsənov danimarkalı Hassan Jallavı məğlub edib – 2:1. Həmyerlimizin növbəti rəqibi almaniyalı Nik Bier olacaq.
Sayad Lalayev də (63 kq) komanda yoldaşının uğurunu təkrar edib. Seçmə komandamızın üzvü İsrail nümayəndəsi Muhammed Əbu Riaşdan üstün olub – 3:0. Boksçumuz növbəti mərhələdə Qazaxıstan təmsilçisi Aibol Jambirbayla üz-üzə gələcək.

81 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev də 1/4 finala yüksəlib. Abdullayev bu dəfə rumıniyalı İonut Bohotiçi üzərində qələbə qazanıb – 3:0. Həmyerlimiz növbəti mərhələdə amerikalı Riçard Torreslə görüşəcək.

Bəxtiyar Qazıbəyov (60 kq) məşqçilərin tapşırığını yerinə yetirə bilib. Boksçumuz 1/8 finalda macarıstanlı Mata Lakatoşu mübarizədən kənarlaşdırıb – 3:0. Qazıbəyovun növbəti rəqibi kubalı Edel Akosta Qarsiya olacaq.

Bu gün dünya birinciliyində 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Yarışda ölkəmizi hakim kimi Rövşən Hüseynov təmsil edir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.30

2026.10.29

Qızıl bahalaşdı Qızıl bahalaşdı 29 Oktyabr 14:14

2026.10.28

2026.10.27

2026.10.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az