Topaz Premyer Liqasının 4-cü turunda "Xəzər Lənkəran"ı qəbul edəcək "Qarabağ" problemlə üzləşib. "Qafqazinfo" xəbər verir ki, Ağdam klubu hələ ki, oyunun keçiriləcəyi stadionu müəyyənləşdirə bilməyib.
Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Klub rəsmisi bildirib ki, komandanın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunun qazonu dəyişdirildiyinə görə, cənublularla qarşılaşmanın harada keçiriləcəyi hələ də bilinmir. İbrahimov məsələnin 1-2 günə həllini tapacağını deyib.
"Qarabağ" həmçinin Avropa Liqasının qrup mərhələsində oynayacağı matçları da Tofiq Bəhramov adına Respublika stadionunda keçirməlidir. Avrokubok oyunları vaxtı komanda belə bir problemlə üzləşsə, ikinci stadion kimi Mərdəkanda yerləşən "Dalğa Arena"dan istifadə edə bilər.
Qeyd edək ki, sözügedən görüş sentyabrın 12-də baş tutacaq.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























