Rusiyanın Sankt-Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, yarışın növbəti günündə milli komandamızın 3 üzvü rinqə çıxıb.
Yeniyetmələr arasında Avropa çempionu Bəxtiyar Qazıbəyov (60) dünya birinciliyinə uğurla başlayıb. Boksçumuz ukraynalı Zaxar Stepanovla döyüşdən qalib ayrılıb – 3:0. Həmyerlimiz 1/8 finalda macarıstanlı Mata Lakatosla üz-üzə gələcək.
Elbrus Əkbərov (75 kq) və Hüseyn Sadıqov (52) isə ilkin mərhələdə uduzaraq, yarışdan kənarda qalıblar. Əkbərov gərgin mübarizədə Hindistan təmsilçisi Sandeep Çanqhasa məğlub olub – 1:2. Sadıqov isə İsrail boksçusu David Xarmatsa uduzub.
Bu gün dünya birinciliyində Kənan Əliyev (46 kq), Orxan Həsənov (54 kq), Sayad Lalayev (63 kq ), Cavid Hüseynov (48 kq), Məhəmməd Abdullayev (81 kq) və Bəxtiyar Qazıbəyov (60 kq) çıxış edəcəklər.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























