AFFA-nın baş katibi: “Çox təəssüf ki, belə hadisə baş verdi”

AFFA-nın baş katibi:  “Çox təəssüf ki, belə hadisə baş verdi”

AFFA-nın baş katibi Elxan Məmmədov "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun həbsinə münasi

Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, E.Məmmədov deyib ki, bu hadisə təəssüfedicidir:

"Biz öncədən hadisəyə münasibətimizi bildirmişik. Cavid Hüseynov yaxşı futbolçudur. Son zamanlar da yaxşı formada idi. Yəni, həm təmsil olunduğu klubda, həm də milli komandada özünü yaxşı göstərirdi. Ona daim əsas heyətdə yer verilirdi, güvənilirdi. Çox təəssüf ki, belə hadisə baş verdi. Ümidvarıq ki, o, gələcəkdə də karyerasını davam etdirəcək və azarkeşləri sevindirəcək. Əsas odur ki, ədalətli qərar olsun".

E.Məmmədov bildirib ki, AFFA C.Hüseynovla bağlı müvafiq qurumlara rəsmi müraciət etməyib: "İstintaqın gedişini gözləyirik. Nəticə bəlli olduqdan sonra onun əsasında müraciət edəcəyik".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az