Azərbaycan komandaları Avropa Liqasının qrup mərhələsində güclü rəqiblərlə mübarizə aparacaq
Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Monakoda keçirilən mərasimdə iki Azərbaycan komandasının rəqibləri müəyyənləşib.
Qrup mərhələsində çıxış edəcək 48 komanda 12 qrupa bölünüb. 4 mərhələ keçib, tarixində ilk dəfə əsas raunda yüksələn "Qəbələ" C qrupunda yer alıb. Təmsilçimizin rəqibləri "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya) olacaq.
Azərbaycan çempionu "Qarabağ" ikinci dəfə mübarizə apardığı qrup mərhələsində "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa) ilə qüvvəsini sınayacaq. Bu komandalar J qrupunda qərarlaşıb.
A qrupu: "Ayaks" (Hollandiya), "Seltik" (Şotlandiya), "Fənərbağça" (Türkiyə), "Molde" (Norveç)
B qrupu: "Rubin" (Rusiya), "Liverpul" (İngiltərə), "Bordo" (Fransa), "Syon" (İsveçrə)
C qrupu: "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya), "QƏBƏLƏ" (AZƏRBAYCAN)
D qrupu: "Napoli" (İtaliya), "Brügge" (Belçika), "Legiya" (Polşa), "Midtyulland" (Danimarka)
E qrupu: "Vilyareal" (İspaniya), "Viktoriya" (Çexiya), "Rapid" (Avstriya), "Dinamo" (Belarus)
F qrupu: "Marsel" (Fransa), "Braqa" (Portuqaliya), "Slovan" (Çexiya), "Qroninhen" (Hollandiya)
G qrupu: "Dnepr" (Ukrayna), "Latsio" (İtaliya), "Sent-Etyenn" (Fransa), "Rusenborq" (Norveç)
H qrupu: "Sportinq" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Lokomotiv" (Rusiya), "Skenderbeu" (Albaniya)
İ qrupu: "Bazel" (İsveçrə), "Fiorentina" (İtaliya), "Lex" (Polşa), "Belenenseş" (Portuqaliya)
J qrupu: "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa), "QARABAĞ" (AZƏRBAYCAN)
K qrupu: "Şalke" (Almaniya), APOEL (Kipr), "Sparta" (Çexiya), "Asteras" (Yunanıstan)
L qrupu: "Atletik" (İspaniya), "Alkmaar" (Hollandiya), "Auqsburq" (Almaniya), "Partizan" (Serbiya)
Qeyd edək ki, qrup mərhələsinin oyunları 17 sentyabr, 1 oktyabr, 22 oktyabr, 5 noyabr, 26 noyabr və 10 dekabrda keçiriləcək. Hər qrupda ilk iki yeri tutan komandalar 1/16 finala yüksələcək.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















