"Bu gün Azərbaycan futbolunda bir ənənəyə çevrilmə hadisəsi baş verdi. Bu gün "Qarabağ" ikinci dəfə qrup mərhələsinə vəsiqə qazandı".
Bunu AFFA prezidenti Rövnəq Abdullayev "Qarabağ"ın İsveçrənin "Young Boys" klubunu məğlub edərək Avropa Liqasının final mərhələsinə çıxmasına münasibət bildirərkən deyib.
"Gözəl oyun oldu. Bu gün, mən deyərdim ki, Azərbaycan futbolunda bir ənənəyə çevrilmə hadisəsi baş verdi. Bu gün "Qarabağ" ikinci dəfə qrup mərhələsinə keçdi. İnanıram ki, "Qəbələ" klubu da, bizi sevindirəcək və biz artıq ikinci böyük tarixi yazacağıq. Bütün futbolsevərləri təbrik edirəm. İnanıram ki, qrup mərhələsində də, gözəl oyun sərgiləyəcəklər".
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl isə Ağdam klubunun İsveçrənin "Young Boys" klubunu məğlub edərək Avropa Liqasının final mərhələsinə çıxmasına belə qiymət verib: "Ürəyi "Qarabağ"la döyünən hər kəsi təbrik edirəm. "Young Boys" klubundan üç il əvvəlki məğlubiyyətin revanşını götürdük".
Klubun yaxşı formalaşdığını bildirən T.Gözəl, hazırda heç bir transfer gözlənilmədiyini diqqətə çatdırıb. O, AFFA prezidenti Rövnəq Abdullayevin futbolçulara vəd etdiyi mükafatdan əlavə, klubun onlar üçün nəzərdə tutduğu standart mükafatın olduğunu qeyd edib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























