Avropa Liqasının "pley-off" mərhələsində bu gün keçiriləcək "Qarabağ" (Azərbaycan) - "Yanq Boyz" (İsveçrə) cavab matçı üçün heyətlər müəyyənləşib.
Komandalar oyuna aşağıdakı tərkibdə çıxacaq:
"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Əfran İsmayılov, İlqar Qurbanov, Cavid Tağıyev
Ehtiyat oyunçular: Fərhad Vəliyev, Elvin Yunuszadə, Vüqar Mustafayev, Raydell Puponu, Azər Salahlı, Namiq Yusifov, Coşqun Diniyev
***
"Yanq Boyz": Mvogo, Floren Haderqyonay, Milan Vilotiç, Von Bergen (k), Skot Sutter, Leonardo Bertone, Miralem Süleymani, Denis Zakariya, Aleksandr Qonzalez, Yuya Kubo, Qiyom Oaro
Ehtiyat oyunçular: Marko Völfli, Rafael Nuzzolo, Yan Lekyaks, Roçat, Haris Tabakoviç, Samuel Afum, Milan Qayiç.
***
Oyunun 4-cü dəqiqəsində hakimin təyin etdiyi penaltini Riçard Almeyda uğurla yerinə yetirir. "Qarabağ" 1:0 hesabı ilə öndədir.
***
Hakim "Yanq Boyz"un futbolçusu Stiv von Bergenə qırmızı vərəqə verir. Rəqib komanda 10 nəfərlə mübarizəni davam etdirir.
***
Riçard Almeyda 43-cü dəqiqədə "Qarabağ"ın ikinci qolunu vurur. "Qarabağ" 2:0 hesabı ilə irəlidədir.
***
Oyunda ilk hissə başa çatır. Hesab 2:0 Ağdam klubunun xeyrinədir.
***
61-ci dəqiqədə Əfran İsmayılov "Qarabağ"ın üçüncü qolunu vurur.
***
Oyun başa çatır. "Qarabağ" "Yanq boyz"a 3:0 hesabı ilə qalib gələrək Avroliqanın qrup mərhələsinə adlayır.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































