Masallıda taekvondo üzrə açıq turnir

Masallıda taekvondo üzrə açıq turnir

Masallı rayonunda Milli Qəhrəman və Qarabağ şəhidlərinin əziz və unudulmaz xatirəsinə həsr olunmuş taekvondo üzrə açıq rayon turniri keçirilmişdir.
Qeyd edək ki, turnir yeniyetmə və gənclər arasında olmuşdur. Gərgin keçən yarışlar ənənə üzrə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Taekvondo Mərkəzində baş tutmuşdur.
Yarışın əsas məqsədi idmançıların fiziki sağlamlığının artırılması, onların mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, dostluq əlaqələrinin təbliği, idmanın kütləviliyinə nail olmaq, idmanın taekvondo növünün inkişaf etdirilməsi və Masallı rayonunda taekvondo idman növünün geniş təbliğ etdirilməsi, yeniyetmə və gənclərin bu idman növünə marağın artırılması və inkişaf etdirilməsi olmuşdur.
11 çəki dərəcəsində keçirilən turnirdə Masallı idmançıları ilə yanaşı qonşu Yardımlı, Biləsuvar, Cəlilabad rayonundan olan idmançılar da öz güclərini sınayıb. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdırlar.
Yarışda 120 nəfər idmançı iştirak etmişdir.

Əlihüseyn ŞÜKÜROV

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az