Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Topaz Premyer Liqasının III turunda baş verən qayda pozuntuları müzakirə olunub. Qurum 5 komandanı ümumilikdə 6400 manat cərimələyib.
"Xəzər Lənkəran"la qarşılaşmada 5 futbolçusu sarı vərəqə ilə cəzalanan "Rəvan" 1000 manat cərimə olunub. Meydan sahiblərinin qırmızı vərəqə alan oyunçuları Elşən Rzazadə və Adrian Skarlatakenin cəzası eyni olub. Hərəyə 200 manat cərimə olunan futbolçular 1 oyunluq cəza alıb.
Oyun başa çatdıqdan sonra "Xəzər Lənkəran" azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat ziyana düşüb.
AZAL – "Qarabağ" matçının 82-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı emosional şəkildə etiraz etdiyinə görə "texniki zona"dan kənarlaşdırılıb. Buna görə 1 oyun cəzalanan çalışdırıcı klubunu 1000 manat xərcə salıb.
"Qəbələ" – "Kəpəz" matçında 4 futbolçusunun sarı vərəqə ilə cəzalanan qonaqlar 1000 manat ödəyəcək. "İnter"lə qarşılaşmada 5 futbolçusu xəbərdarlıq alan "Zirə"nin də cəriməsi eyni olub.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























