22-30 avqust arası İspaniyanın San Sebastian şəhərində keçiriləcək kik boks üzrə Avropa gənclər və yeniyetmələr arasında yarışmada Azərbaycanı təmsil edəcək komanda artıq hazırdır.
Azərbaycanın Kik Boks üzrə Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Türkiyənin DHA agentliyinə verdiyi açıqlamada idmançıların yarışmaya çox ciddi şəkildə hazırlaşdıqlarını bildirib.
A.Əliyev son illər Azərbaycanda idmana olan marağın, həmçinin idmançılarımızın xarici ölkələrdə qazandıqları uğurların məhz ölkə rəhbəri İlham Əliyevin idmana və idmançılara dəstəyinin sayəsində əldə olunduğunu da əlavə edib.
Millət vəkili vurğulayıb ki, hal-hazırda idmançılarımız məşqlərdə yarışmada qələbə əldə etməkdən ötrü var qüvvələrini səfərbər edirlər:
"Güclü idmançılardan ibarət komandamız var. Hamısı yarışa hazır vəziyyətdədir. Bu gedişlə yarışmadan böyük nailiyyətlər gözləyirik və inanırıq ki, hər şey istədiyimiz kimi olacaq. Azərbaycanda həyata keçirilən Avropa Oyunlarından sonra sivil Olimpiya oyunlarına maraq artdı. Bu gün federasiyamızın minlərlə üzvü var. Azərbaycan artıq hər idman növündə iddialıdır!"
Hazırladı: Ali Kan
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















