Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmaya qrup mərhələsinə düşmək uğrunda mübarizəni davam etdirən 20 klub qatılıb.
Bunlardan 15-i III təsnifat mərhələsində qalib gəlibsə, digər 5-i yarışa pley-offdan qoşulanlardır. Nyondakı tədbirdə bu 20 klub 10 cütlük təşkil edib.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 18-19-da və 25-26-da keçiriləcək.
Çempionlar Liqası
Pley-off mərhələsi
Çempionlar
"Astana" (Qazaxıstan) - APOEL (Kipr)
"Skenderbeu" (Albaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
"Seltik" (Şotlandiya) - "Malmö" (İsveç)
"Bazel" (İsveçrə) - "Makkabi" (Təl-Əviv, İsrail)
BATE (Belarus) - "Partizan" (Serbiya)
Qeyri-çempionlar
"Latsio" (İtaliya) - "Bayer" (Almaniya)
"Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika)
"Sportinq" (Portuqaliya) - MOİK (Rusiya)
"Rapid" (Avstriya) - "Valensiya" (İspaniya)
"Monako" (Fransa) - "Şaxtyor" (Ukrayna)
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























