Gənclər və İdman Nazirliyinin 21-ci ildönümü münasibətilə Masallı rayonunda gənclərlə görüş

Gənclər və İdman Nazirliyinin 21-ci ildönümü münasibətilə Masallı rayonunda  gənclərlə görüş

Azərbaycan Respublikası Gənclər və idman Nazirliyinin yaradılmasının 21-ci ildönümü münasibətilə Masallı rayonunda gənclərlə görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq, bildirdi ki, 1994-cü il İyulun 26-sı Gənclər və İdman Nazirliyinin yaranması günüdür. Bu münasibətlə bütün gəncləri səmimi qəlbdən təbrik edərək, diqqətə çatdırdı ki, Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. 1994-cü il iyulun 24-də Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi.Dövlət gənclər siyasəti, ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Prezident İlham Əliyevin böyük önəm verdiyi sahədir. Dövlətimizin başçısının gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı "Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı"nı , Dövlət başçısının digər bir Fərmanı Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək məqsədilə 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə "2015-2025-ci illərdə Azərbaycan gəncliyinin İnkişaf Strategiyası", Dövlət proqramını imzaladı. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşamaqdadır. Cənab Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Məhz bu diqqət gənclərimizin fəallığını günü-gündən daha da artıraraq onların yeni nailiyyətlər əldə etməsinə şərait yaradır. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. 1997-ci ildən, həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edən cənab Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrildi. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır. Təsadüfi deyil ki, beynəlxalq yarışlarda iştirak edən idmançılarımızın sayı ildən-ilə artığını nəzərə çatdırdı.
Tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə baş məsləhətçisi Emin Nüsrətov, Güllütəpə kənd tam orta məktəbinin idman müəllimi Qoşqar Səmədov, fəxri bədən tərbiyəsi və idman işçisi Tahir Məmmədov, Masallı Uşaq Şahmat məktəbinin direktoru, fəxri bədən tərbiyəsi və idman işçisi Famil Məmmədov, Əməkdar məşqçi Xanağa Quluyev də çıxış edərək gənclərimizi bugünkü gün münasibətilə təbriklərini çatdıraraq bildirdilər ki, ulu öndərin hakimiyyətə qayıdışı ilə milli - mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın ,sosial sahələrin inkişafına güclü stimul vermişdir. Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Daha sonra tədbirdə rayonun fəal gənclərindən Rövşən Muxtarlı, Azər İsayev , İlqar Qardaşzadə və başqalarını çıxış edərək Azərbaycan Gənclər və İdman Nazirliyinin yaranması münasibətilə gəncləri təbrik etmişdir.
Sonda Masallı Gənclər və İdman İdarəsi tərəfindən rayonun bir qrup fəal gəncinə qiymətli hədiyyələr verildi.

Əlihüseyn ŞÜKÜROV

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az