Azərbaycan millisi Avropa Gənclərinin Olimpiya Festivalında ilk medal hesabını açıb. Gürcüstanın paytaxtı Tiflisdə keçirilən turnirdə komandamıza uğuru cüdoçularımız qazandırıb.
Belə ki, Festivalın ikinci, cüdo yarışlarının birinci günündə idmançılarımız 3 dəfə fəxri kürsüyə yüksəliblər. Həmyerlilərimizdən ən yaxşı nəticəyə Şəfəq Həmidova imza atıb. 40 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz finalda rusiyalı Anastasiya Kuterinanı da məğlub etməklə, Festivalın baş mükafatına sahib olub.
Ondan fərqli, həlledici görüşdə məğlub olan Kəramət Hüseynov (55 kq) gümüş medalla kifayətlənib. 50 kq çəki dərəcəsində tatamiyə çıxan İbrahim Bayramlı isə 3-cü yeri tutub.
Bu medallar sayəsində millimiz qeyri-rəsmi komanda hesabında İrlandiya ilə 8-ci yerə şərikdi. Hələlik 28 ölkənin mükafat qazandığı yarışda yenə Rusiya hamıdan öndədi. Şimal qonşularımız 2 günə 9 (4-4-1) medal qazanıblar.
Qeyd edək ki, avqustun 1-dək davam edəcək yarışa Azərbaycan 36 idmançı ilə qatılıb.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















