UEFA rəhbəri Mişel Platini FİFA prezidentliyinə namizədliyini irəli sürəcək. Apasport.az saytının Fransa mətbuatına istinadən xəbərinə görə, qitə futbol qurumunun başçısı namizədliyini 2 gün sonra rəsmən elan edəcək.
Platininin 6 konfederasiyadan 4-nün dəstəyi ilə təmin olunduğu haqda məlumatlar yayılıb.
Bir həftə öncə FİFA-nın İcraiyyə Komitəsi federasiyanın yeni prezident seçkisinin fevralın 26-da baş tutacağını və həmin müddətə qədər Blatterin quruma rəhbərlik edəcəyini açıqlamışdı.
Qeyd edək ki, mayın sonlarında FİFA tarixində görünməmiş qalmaqal baş vermişdi. Sürixdə federasiyanın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. DÇ-2010, DÇ-2018 və DÇ-2022-nin ev sahiblərinin müəyyənləşdirilməsində korrupsiya halı qeydə alındığı üçün İsveçrə polisi məsələ ilə bağlı cinayət işi açmışdı. Buna rəğmən Blatter mayın 29-da FİFA-nın konqresində növbəti dəfə prezident seçilsə də, 4 gün sonra korrupsiya qalmaqalı ilə əlaqədar olaraq istefa verdiyi açıqlamışdı.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















