Bu gün Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun və FHN işçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş atıcılıq üzrə növbəti çempionat keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, FHN-in Akademiyasında baş tutan yarışa hər birində iki iştirakçı olan 21 komanda qatılıb. Yarışda 10 metr məsafəyə pnevmatik tapançadan 3 sınaq və 10 məqbul atışı olub. Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Yavuz Eminbəyli olub, atış xəttinə isə beynəlxalq dərəcəli hakim Yusif Abdullayev nəzarət edib.
Komanda hesabında birinci yeri FHN-in Dövlət Sularda Xilasetmə Xidməti (DSXX), ikinci yeri FHN-in Aparatı, üçüncü yeri isə FHN-in Akademiyası qazanıb. Şəxsi hesabda birinci yerə Vaqif Pişiyari (DSXX), ikinci yerə Elçin Əhmədov (FHN-in Aparatı), üçüncü yerə Adil Səfərov (DSXX) layiq görülüb.
Qaliblərə diplom, fəxri fərman, kubok və hədiyyələr təqdim olunub. Tədbirdə klubun rəisi Füzuli Musayev çıxış edərək atıcılıq üzrə çempionata hər il maraq yarandığını bildirib: "Sevindirici haldır ki, bu yarışa bir qadın iştirakçı da qatıldı. Hər çempionatda mübarizə və həyacan artır. Sabah növbəti üzgüçülük çempionatımız baş tutacaq. Sentyabrda isə bizi böyük – Səmti müəyyən etmə üzrə çempionat gözləyir".
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























