SOCAR prezidenti Rövnəq Abdullayev Bakı-2015 I Avropa Oyunlarında medal qazanan "Neftçi İdman Klubu"nun idmançılarını qəbul edib. Baş tutan görüşdə paytaxt təmsilçisinin çıxışı yüksək qiymətləndirilib.
R. Abdullayev bildirib ki, "Neftçi İdman Klubu"nun idmançılarının göstərdiyi uğur qürurvericidir: "Məşq etmək, çalışmaq başqa, amma nəticə göstərmək, qələbəyə sevinmək bir başqadır. I Avropa Oyunlarında "Neftçi"nin idmançıları böyük uğur əldə etdilər. Qalib olub mükafat qazandınız. Amma bu o demək deyil ki, bundan sonra arxayınlaşmalısınız. Çalışmalısız ki, 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında bundan da uğurlu çıxış edəsiz".
Eyni zamanda AFFA-nın da prezidenti olan Rövnəq Abdullayev futbolçularımızın da analoji uğuru qazanmasını arzuladığını bildirib: "O gün olsun, bu uğurlu nəticəni futbolçularımız da göstərsinlər".
Qeyd edək ki, I Avropa Oyunlarına 79 idmançı ilə qatılan "Neftçi İdman Klubu" 16 medal (6 qızıl, 5 gümüş, 5 bürünc) qazanıb. Klubun idmançılarından Rəsul Çunayev, Elvin Mürsəliyev, Toğrul Əsgərov (hər üçü güləş), Ayxan Tağızadə (taekvondo), Pərviz Bağırov (boks), İlham Zəkiyev (paracüdo) fəxri kürsünün ən yüksək pilləsinə qalxdıqları halda, Nəzakət Xəlilova, İslam Qasımov (hər ikisi sambo), Orxan Səfərov (cüdo), Sevil Bünyatova (qılıncoynatma, sablya), Səbinə Abdullayeva (paracüdo) gümüş, Elman Muxtarov, Həsən Əliyev, Hacı Əliyev (hər üçü güləş), Sevinc Bünyatova (qılıncoynatma, sablya) və Zakir Mislimov (paracüdo) bürünc medala sahib olublar.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































