Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov karyerasını yenidən İspaniya La Liqasında davam etdirəcək. 23 yaşlı futbolçu yeni mövsümdə "Eybar"ın formasını geyinəcək.
Müqavilə ilə "Mursiya" klubuna məxsus olan İsrafilov ötən mövsüm olduğu kimi, yenə icarə əsasında oynayacaq. Belə ki, La Liqanın digər təmsilçisi - "Qranada"da çıxış edən təmsilçimiz orada qalmaq istəmədiyindən "Eybar"la anlaşıb.
Klublar arasında razılığa görə, Eddi 2015/16 mövsümünü "Eybar"da keçirəcək. Sabah futbolçu yeni klubu ilə rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, İsrafilov Azərbaycan yığmasında 1 oyun keçirib. O, Avro-2016-nın seçmə mərhələsində Malta (2:0) ilə ev oyununda meydançaya çıxmışdı.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















