Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin nəzdindəki idman məktəblərinin I Avropa Oyunlarında uğur qazanmış idmançıları ilə görüşüb.
Təhsil nazir ilk dəfə keçirilən I Avropa Oyunlarının əlamətdar hadisə olduğunu bildirib.
Nazir əlavə edib ki, I Avropa Oyunlarında Azərbaycanı təmsil edən idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri olub: "Həmin məktəblərdə çalışan məşqçi-müəllimlər də yarışlarda iştirak edib. Onlar atletika, akrobatika gimnastikası, badminton, qılıncoynatma, sambo, sərbəst güləş və stolüstü tennis növlərində mübarizə aparıblar. Həmin məktəblərin yetirmələri Amil Qasımov sambo üzrə 2-ci, Hacı Əliyev sərbəst güləş üzrə 3-cü və Eldar Səfərov idman gimnastikası üzrə 3-cü yerə layiq görülüblər".
Təhsil naziri qeyd edib ki, I Avropa Oyunlarının təşkilində 17 ali məktəb və 15 kollecdən 14 minə yaxın tələbə könüllü kimi iştirak edib: "Könüllülərin işində SABAH qruplarının tələbələri də uğurlu fəaliyyət göstərib".
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında müəllimlərin I Avropa Oyunlarında özlərini nümunəvi apardıqlarını bildirib.
Daha sonra I Avropa Oyunlarında sambo üzrə gümüş medal qazanan Amil Qasımov, sərbəst güləş üzrə bürünc medal qazanan Hacı Əliyev və idman gimnastikası üzrə bürünc medal qazanan Eldar Səfərova qiymətli hədiyyələr təqdim olunub.
M. Cabbarov Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin, kolleclərin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin I Avropa Oyunlarında fəal iştirak etmiş bir qrup əməkdaşını Fəxri fərmanla təltif edib.
Həmçinin, Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələri və kolleclərə ünvanlanmış təşəkkür məktubları həmin tədris ocaqlarının nümayəndələrinə təqdim olunub.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































