MASALLI. 06-07 iyul 2015-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhər 2 nömrəli tam orta məktəbin idman zalında cüdo üzrə rayon birinciliyi keçirilmişdir. İdman tədbiri 26 iyul Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 21-ci ildönümünə həsr olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.
Qeyd edək ki, kiçik yaşlı uşaqlar və yeniyetmələr arasında baş tutan 11 çəki dərəcəsində 78 nəfər kiçik yaşlı uşaqlar və yeniyetmə idmançıların iştirakı ilə keçirilən yarışın məqsədi rayonda cüdo idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək olub. Olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışda Elmin Fətullayev (27 kq), Heydərəli Quliyev (30 kq), Azər Fərəcov (34 kq), Amar Camalov (38 kq), Sadiq Manafov ( 42 kq) , Hətəm Musalı ( 46 kq) , Hakim Əhmədov ( 50 kq) , Ruslan Abıyev (55 kq), Ziya Kərimov (60 kq), Sənan Cəfərov ( 66 kq), Nazim Qarayev ağır çəki dərəcəsində birinci yerlərə layiq görülmüşlər.
Qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplom və medal təltif edilmişdir.
ƏLİHÜSEYN ŞÜKÜROV
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















