Gürcülər azarkeşlərimizi döyüblər

Gürcülər azarkeşlərimizi döyüblər

Dünən Avroliqanın ilkin təsnifat mərhələsi çərçivəsində Gürcüstanın paytaxtı Tiflisdə keçirilən "Dinamo" - "Qəbələ" oyununda meydan sahibləri qələbə qazanıblar - 2:1. Sport7.az saytının verdiyi xəbərə görə, Tiflisdə 3 insident yaşanıb.

Əvvəlcə oyuna Bakıdan "Qəbələ"yə azarkeşlik etmək üçün gələn "Sektor11" fan-klubunun 4 üzvü stadiona yaxın metrostansiya yaxınlığında "Dinamo"nun azarkeşləri tərəfindən döyülüb. Onların Azərbaycan bayrağı ilə, üstəgəl millimizin formaları ilə olması yerli azarkeşlərin qəzəbinə düçar olub. Söz atışı nəticəsində isə bizim azarkeşlər döyülüb, paltarları cırılıb. Onlardan biri gözündən xəsarət alıb.

2-ci insident stadionun "Qəbələ"yə məxsus olan tribunasında yaşanıb. "Dinamo"nun son dəqiqələrdə vurduğu qoldan sonra "Qəbələ" azarkeşlərinin olduğu sektora yuxarı tribunalardan birindən petarda atılıb. Bu isə "Qəbələ"li azarkeşlərin hirsinə səbəb olub. Onlar polis əməkdaşlarından yandırıcı fişəng atanların cəzalandırılmasını tələb ediblər. Bu isə polislərlə azarkeşlərimiz arasında yüngül insidentin yaşanmasına gətirib çıxarıb.

Ən nəhayət, "Qəbələ"nin azarkeşləri stadionu tərk edərkən "Dinamo" fanatları ilə münaqişə ediblər. Bu hadisə azərbaycanlı fanatların avtobusunun yaxınlığında baş verib. 3-cü insident zamanı ciddi xəsarət alanın olub-olmadığı bilinmir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az