FHN: "Avropa Oyunları zamanı heç bir fövqəladə hal və kriminal hadisə baş verməyib"

FHN: "Avropa Oyunları zamanı heç bir fövqəladə hal və kriminal hadisə baş verməyib"

Bakı-2015 birinci Avropa Oyunları zamanı Oyunlarla bağlı nə fövqəladə hal, nə də kriminal hadisə baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindəki (BAOƏK) daimi nümayəndəsi, koordinator, FHN-in Əməliyyatların İdarə edilməsi və Planlaşdırma İdarəsinin rəisi, polkovnik Cavanşir Haşımov Trend-in sorğusuna cavab olaraq bildirib ki, iyunun 12-dən 28-dək Azərbaycanda keçirilən ilk Avropa Oyunları zamanı, ümumiyyətlə, idman obyektlərində, xarici qonaqların yerləşdiyi mehmanxanalarda, Atletlər kəndində, Media kəndində hər hansı fövqəladə hadisə baş verməyib:

"Bununla bağlı FHN-ə hər hansı müraciət daxil olmayıb. Müvafiq olaraq nazirliyin canlı qüvvəsi və texnikası hər hansı fövqəladə hadisəyə cəlb edilməyib. Mühafizə işi Əməliyyat Planına əsasən, yüksək səviyyədə təşkil olunub. Bütün bu məsələlər BAOƏK-dəki qərargah tərəfindən idarə olunub".

Qeyd edək ki, daxili işlər nazirinin müvaini, general-leytenant Oruc Zalov bildirib ki, ilk Avropa Oyunları zamanı Bakıda və Mingəçevirdə istər idman arenalarında, istərsə də Azərbaycana gələn xarici qonaqlara qarşı hər hansı neqativ hal, kriminal hadisə baş verməyib: "Bununla bağlı yerli və əcnəbi qonaqlar tərəfindən müraciət qeydə alınmayıb".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az