Bu gün Bakı Dövlət Universitetində (BDU) ali məktəbin Bakı-2015 Birinci Avropa oyunlarında könüllü kimi iştirak edən 3000 tələbəsi ilə görüş keçirilib.
BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, rektor, akademik Abel Məhərrəmov təbiət və humanitar fakültələrin tələbələrini ayrı-ayrılıqda qəbul edib və oyunların yüksək səviyyədə keçirilməsində onların xüsusi xidmətlərini qeyd edərək təşəkkürünü bildirib.
Prezident İlham Əliyevin I Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüşdəki çıxışında könüllüləri əməyinə verdiyi yüksək dəyərdən, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın tədbirin bağlanış mərasimində könüllülərə etdiyi təşəkkürdən danışan rektor bildirib ki, bu oyunlar könüllülər üçün təcrübə olmaqla yanaşı, gələcək karyeralarının qurulmasında öz sözünü deyəcək.
Rektor Təhsil naziri Mikayıl Cabbarovun tələbə könüllülərə ünvanlanmış minnətdarlıq müraciətini onların diqqətinə çatdırdıqdan sonra problemlərini dinləyib və müvafiq tapşırıqlarını verib.
Bu gündən etibarən könüllülər üçün başlayan sessiya imtahanlarından danışan rektor imtahanların universitetdə bir qayda olaraq yazılı keçirildiyini, lakin könüllülər üçün qaydalarda dəyişiklik edildiyini bildirib, şifahi qaydada olacağını diqqətə çatdırıb. Tələbələrin çoxsaylı suallarından sonra görüş yüksək əhval-ruhiyyədə başa çatıb.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































