"İlk Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi keçirildi. Bu tədbir Azərbaycan üçün böyük bayram oldu".
Apa-nın məlumatına görə, bunu özünün "Facebook" səhifəsində Rusiya İctimai Palatasının nümayəndəsi, politoloq Sergey Markov yazıb.
"Bakı-2015-də Rusiya birinci, Azərbaycan ikinci, Britaniya isə üçüncü yer tutdu. Rusiya üçün bu, dost bayramı idi. Ona görə Rusiya bu yarışlara ən böyük və peşəkar heyətlə qatılmışdı. Azərbaycan möhtəşəm beynəlxalq tədbir keçirdi. Bu baza ilə digər beynəlxalq tədbirləri keçirmək mümkündür. Bakı Avrasiyanın kəsişmə nöqtəsi kimi mövqelərini möhkəmləndirməklə yanaşı, təbii ki, turizm potensialını da inkişaf etdirəcək. Milyonlarla insan Bakıya gedəcək, Azərbaycan mətbəxinin dadına baxacaq, Xəzər dənizinə yollanacaq".
Bakı-2015 I Avropa Oyunları çərçivəsində çimərlik futbolu üzrə yarışların qalibi Rusiya yığmasının baş məşqçisi Mixail Lixaçev isə "rsport.ru" portalına müsahibəsində Bakıda çimərlik futbolu üzrə yarışların yüksək səviyyədə təşkil edildiyini vurğulayıb: "Çox sevinirik. Təsəvvür edə bilməzsiniz ki, Avropa Oyunlarında qızıl medal qazanmaq bizim üçün nə deməkdir. Çimərlik futbolunun nə vaxtsa, Olimpiya Oyunlarının proqramında yer alıb-almayacağını deyə bilmərəm, lakin Bakı-2015 Avropa Oyunları bizim üçün əsl olimpiadadır. Özümüzü olimpiya çempionları kimi hiss edirik".
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























