Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev ilk Avropa oyunlarının uğurla keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə Apa-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildirilib. "Dünya idman tarixində əbədi qalacaq İlk Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə başda I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva olmaqla qardaş Azərbaycan xalqını təbrik edirəm", deyə səfir qeyd edib.
Səfir B. İsabayev vurğulayıb ki, 21-i qızıl olmaqla ümumilikdə 56 medal qazanaraq komanda hesabında fəxri ikinci yeri tutan Azərbaycan təkcə iqtisadiyyat deyil, həm də idman və bədən tərbiyəsi sahəsində inkişafının yüksək səviyyədə olduğunu növbəti dəfə bütün dünyaya nümayiş etdirdi: "Biz həmçinin əminik ki, Azərbaycan qarşıdan gələn Formula-1 üzrə Avropa Qran-pri yarışları, İslam Həmrəylik Oyunları və 2020-ci il futbol üzrə Avropa çempionatı kimi oyunları da yüksək səviyyədə keçirəcək".
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















