İkinci Avropa Oyunları Qərbi Avropada keçirilə bilər.Apa-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bildirib.
Onun sözlərinə görə, qurumun siyasəti geniş coğrafi əraziyə yayılmaqdır: "Bu mənim şəxsi arzumdur ki, biz qədim Avropaya qayıdaq. Niderland bu tələbə uyğun gəlirdi. Biz bu oyunların ikincisini Avropanın qədim hissəsində etmək istərdik. Bu, hələ mümkündür. Əgər olmasa, oyunları ən yaxşı hesab etdiyimiz yerdə keçirəcəyik".
Patrik Hikki 2019-cu il oyunlarını keçirmək üçün 4 ölkənin müraciət etdiyini deyib, lakin ad açıqlamayıb.
Onun sözlərinə görə, onlardan ikisi Niderlandın namizədliyi zamanı imtina olunan ölkələrdir və onlar təkrar müraciət ediblər. Digər ikisi isə prosesə yeni qoşulub. O, qərarın ilin sonunda açıqlanacağını deyib.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































