İyunun 28-də I Avropa Oyunlarının bağlanış mərasimi günü Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Apa-ya verilən məlumata görə, aşağıda qeyd olunan yollarda nəqliyyat vasitələrinin hərəkəti saat 16:00-dan gecə saat 02:00-a qədər məhdudlaşdırılacaq:
- Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi;
- Mehdi Hüseyn küçəsinin Parlament prospektindən Teymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsi.
Bağlanış mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə edilir. Belə ki, iyunun 28-i metro səhər saat 06:00-dan gecə saat 02:00-a qədər və "Ekspres avtobuslar" səhər saat 05:00-dan gecə saat 02:00-a qədər fəaliyyət göstərəcək.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























