Böyük Britaniyanın ibtimes.co.uk portalında "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı geniş reportaj təqdim edilib.
Videomaterial Avropa Oyunlarının əhəmiyyəti, britaniyalı atletlər üçün yaradılan şərait və qazanılan uğurlarından bəhs edir. Reportajda hündürlükdən suya tullanma üzrə britaniyalı idmançılar Atletlər Kəndində onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər. Qeyd olunur ki, Böyük Britaniya komandası möhtəşəm Bakı Su İdmanı Sarayında keçirilən yarışlarda 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Müxtəlif növlər üzrə 1 dəst medala sahib çıxan Ceyms Hitli 3 medal qazandığı üçün sevindiyini qeyd edib: "Bu cür nəticə əldə edəcəyimi gözləmirdim. Düşünürəm ki, ümidlərim doğruldu".
Daha bir qızıl medal qazanan Metyu Li isə Avropa Oyunlarında və Atletlər Kəndində möhtəşəm ab-havanın olduğunu qeyd edib: "Bu mənim karyeramda ilk multi-idman yarışıdır. Atletlər Kəndində ab-havanı birinci dəfədir ki, duyuram. Bu möhtəşəm hissdir. Həyatımda ən gözəl təəssüratlardır. Ümid edirəm ki, "Rio-2016" Yay Olimpiya Oyunlarına lisenziya qazanacam. Bunun üçün çox çalışmalıyam".
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























