Bu gün Bakı-2015 I Avropa Oyunlarının atıcılıq yarışlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, snayperlər 3 növdə mükafatçıları müəyyənləşdirəcək.
Snayperlərin yarışının son günündə qarışıq komandalar qüvvəsini sınayır. İdmançılar dairəvi stend, 10 metr məsafədən pnevmatik tapança, eyni məsafədən pnevmatik tüfənglə atəş açmaqda mükafatlar uğrunda mübarizə aparır.
Hər üç növdə yarışlar davam etsə də, artıq Azərbaycan təmsilçiləri çıxışını başa vurub. Tapançadan atəş açmaqda İradə Aşumova ilə Ruslan Lunyov qüvvəsini sınayıb. İdmançılarımız 473 xal toplayaraq, təsnifat mərhələsini 17 komanda arasında 10-cu yeri tutub. Komandamızın aktivinə Lunyov 240, Aşumova 233 xal yazdırıb. Bu nəticə isə təmsilçilərimiz yarımfinala yüksəlməsi üçün kifayət etməyib.
Dairəvi stenddə Emin Cəfərovla Nurlana Cəfərova hədəf önünə keçib. Onlar 87 xal toplayaraq, 11 komanda arasında sonuncu olub. Avropa Oyunlarındakı son çıxışında Emin 44, Nurlana isə 43 xal yığıb. Bununla da təmsilçilərimiz yarımfinala vəsiqə qazanmayıb.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































