Azərbaycanı sambo yarışları üzrə təmsil edən idmançılarımız uğurlu çıxış edir.
ANS PRESS-in məlumatına görə, qadınlar arasında 52 kq çəki dərəcəsində Nəzakət Xəlilova, 60 kq çəki dərəcəsində Şəhanə Hüseynova finala vəsiqə qazanıb.
Qadınlar arasında 68 kq çəki dərəcəsində təmsilçimiz Nərminə Əlizadə isə yarımfinal mərhələsində rəqibinə məğlub olub və bürünc medal uğrunda mübarizə aparacaq. 64 kq çəki dərəcəsində yarışan Fəridə Qurbanova isə ilk mərhələdə Moldovalı idmançı Ekatarina Kretuya məğlub olaraq mübarizəni erkən dayandırıb.
Kişilər arasında 57 kq çəki dərəcəsində Islam Qasımiov, 74 kq çəki dərəcəsində mübarizə aparan və Azərbaycanın ən böyük qızıl medal ümidi Amil Qasımov və 100 kq-dan artıq çəki dərəcəsində Vasif Səfərbəyov bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb.
90 kq çəki dərəcəsində təmsilçimiz Kənan Qasımov isə yarımfinalda Bolqarıstandan olan idmançı Martin İvanova məğlub olub. Kənan finala vəsiqə qazana bilməsədə, bürünc medal uğrunda şansları davam edir. İdmançımız bürünc medal uğrunda Belarus samboçusu Stsiapan Papau ilə döyüşəcək.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























