Azərbaycan millisi yarışa 8 samboçu ilə qatılıb.
Kişilər arasında 57 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi İslam Qasımov 1/4 finala mərhələsində rumıniyalı Orlando Qruia ilə görüşüb və rəqibini 9:0 hesabı ilə məğlub edib. Yarımfinalda Vaxtanqi Çidraşvili ilə qarşılaşan həmyerlimiz bu oyunda da qalib gəlib - 3:1. O, finalda rusiyalı Aymerqen Atkunovla üz-üzə gələcək.
74 kq çəki dərəcəsində Amil Qasımov 1/4 finalda Kaxa Mamulaşvili (Gürcüstan) ilə üz-üzə gəlib və 4:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
90 kq çəki dərəcəsində Kənan Qasımov 1/4 finalda ukraynalı İvan Vasilçuku sınağa çəkib və 2:1 hesabı ilə rəqibinə qalib gəlib. Yarımfinalda Alsim Çernoskulovla (Rusiya) güləşən Kənan Qasımov bu dəfə qalib gələ bilməyib və rusiyalı rəqib finalda iştirak hüququ qazanıb. Buna baxmayaraq, Kənan bürünc medal uğrunda çıxışını davam etdirəcək.
+100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vasif Səfərbəyov 1/4 finalda Bayro Maşoviçlə (Makedoniya) qarşılaşaraq 8:0 hesabı ilə qalib gəlib. Yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Razmik Tonoyanla güləşən həmyerlimiz onu da məğlub edib. O, finalda Artyom Osipenko (Rusiya) ilə görüşəcək.
Qadınlar arasında 52 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nəzakət Xəlilova 1/4 finalda Sodriana İoneskuya (Rumıniya) qalib gəlib - 4:1. Yarımfinalda isə litvalı Ruta Aksionovadan üstün olub - 8:0. O, çempionluq üçün Anna Xaritonova (Rusiya) ilə gücünü yoxlayacaq.
60 kq çəkidə 1/4 finalda Yana Kostenko (Rusiya) ilə qarşılaşan Şəhanə Hüseynova 0:5 hesabı ilə uduzub. Rus samboçu növbəti görüşünü də qalib kimi bitirdiyindən Hüseynova təsəlliverici döyüşə qatılıb. O, bu mərhələdə Şorena Şaradze (Gürcüstan) ilə güləşib. İlk döyüşdən fərqli, bu dəfə qələbə qazanan (4:2) samboçumuz bürünc medal uğrunda yarışacaq. O, Katarin Prakapenka (Belarus) ilə üz-üzə gələcək.
64 kq çəki dərəcəsində Fəridə Qurbanova ¼ finalda moldovalı Yekaterina Sretuya uduzub - 0:2.
68 kq çəki dərəcəsində isə Nərminə Əlizadə də Olqa Namazova (Belarus) ilə bacarmayıb. Lakin onun rəqibi finalda mübarizə aparacağından Əlizadə bürünc medal uğrunda yarışacaq. Samboçumuz fransalı Kelin Konde ilə qüvvəsini sınayacaq.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























