Bu gün Bakı-2015 I Avropa Oyunlarında taekvondo yarışları başa çatacaq.
Yarışların son günü ağır çəkili taekvondoçular - kişilər +80, qadınlar +67 kq çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.
Azərbaycan millisi hər 2 çəki dərəcəsində təmsil olunur.
+80 kq çəki dərəcəsində yığmamızın lideri Radik İsayev ilkin mərhələdən azad olduğundan 1/4 finalda Jeron Vanruij (Hollandiya) – Ali Sarı (Türkiyə) cütlüyünün qalibi ilə qarşılaşacaq.
+67 kq çəki dərəcəsində 21 yaşlı Mariya Tedeyeva ilk döyüşündə təcrübəli rəqiblə qarşılaşacaq. O, ilkin mərhələdə 27 yaşlı ukraynalı Marina Koniyeva ilə üz-üzə gələcək.
Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















