Moskvada "Azərbaycanda birinci Avropa oyunları. Siyasi aspekt" adlı dəyirmi masa keçirilib
"Rusiya və Azərbaycanı dövlət suverenliyi, milli təhlükəsizlik və adət-ənənələrin qorunması birləşdirir".
Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Parlamentskaya qazeta"da keçirilən "Azərbaycanda birinci Avropa oyunları. Siyasi aspekt" adlı dəyirmi masada çıxış edən Rusiya Dövlət Dumasının deputatı, Elm və texnologiya komitəsinin sədr müavini Axmet Erkenov deyib.
O bildirib ki, Avropa Oyunlarının keçirilməsi ənənəsi davam etsə də, insanlar hər zaman birinci Avropa Oyunlarını xatırlayacaqlar: "Əminəm ki, Avropa oyunları təkcə idman deyil, dünyəvi məna daşıyır. Tikilən otellər, idman kompleksləri iqtisadiyyatı inkişaf etdirir".
A. Erkenov Avropa Oyunlarının açılış mərasimində təkcə Rusiya prezidentinin deyil, 20-yə yaxın dövlət başçısının iştirak etdiyini xatırladıb.
Avropa Oyunlarındakı Rusiya parlament nümayəndə heyətinin koordinatoru Darya Qrevtsova isə bu yarışların sayəsində Azərbaycanın turizmlə bağlı qarşısına qoyduğu məqsədə çatdığına əmin olduğunu söyləyib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























