Boksçumuz yarışa qələbə ilə başlayıb

Boksçumuz yarışa qələbə ilə başlayıb

Bakı-2015 I Avropa Oyunlarında boks yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan boksçuları da mübarizəyə qoşulub. 81 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov Oyunlara 1/16 finaldan start verib. Həmyerlimiz ilk sınaqda Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə görüşüb və qalib gəlib – 3:0

64 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Lorenzo Sotomayor 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçlə qarşılaşacaq. Görüş saat 18:15-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan boks yığması yarışda bütün çəki dərəcələrində təmsil olunur.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.30

2026.10.29

Qızıl bahalaşdı Qızıl bahalaşdı 29 Oktyabr 14:14

2026.10.28

2026.10.27

2026.10.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az