Xəbər verdiyimiz kimi, 29 may -13 iyun 2015-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Kəlbəhüseynli kənd stadionunda "15 İyun Milli Qurtuluş Günü" nə həsr olunmuş gənclər arasında futbol üzrə Masallı rayon birinciliyi keçirilib.
Birincilik uğrunda yarışda Masallı rayonun müxtəlif qəsəbə və kəndləri ilə yanaşı Cəlilabad rayonunda da yaşayan gənclərdən təşkil olunmuş 2 komanda iştirak etmişdir , ümumilikdə yarışda 16 komanda mübarizə aparıb. Tamaşaçıların marağına səbəb olan çempionatda komandalar 4 qrupda mübarizə aparıb. Hər qrupda birinci və ikinci yerləri tutan kollektivlər 1/4 final mərhələsinə vəsiqə qazanıb. Final qarşılaşması isə iyunun 13-də Masallı rayonunun " Binə Xocavar" kənd komandası ilə Cəlilabad rayonunun "Komanlı" kollektivi arasında olub. Gərgin və qarşılıqlı mübarizə şəraitində keçən oyunda "Binə Xocavar" komandası rəqibini 2:1 hesabı ilə üstələyərək çempionatın ən yüksək zirvəsinə ucaldı. II yeri Cəlilabad rayonunun "Komanlı" komandası , III yerləri isə Masallı rayonunun "Çaxırlı" kənd komandası ilə "Həsənlı" kənd komandaları tutub.
Qeyd edək ki, rayon yarışında qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuş,
sponsorlar tərəfindən isə pul mükafatı ilə mükafatlandırılmışdır.
Əlihüseyn ŞÜKÜROV, Masallı rayonu
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























