"Bakı-2015″ birinci Avropa Oyunlarında sərbəst güləşçilər mübarizəyə başlayıblar.
AzərTac-ın xəbərinə görə, güləş yarışlarının beşinci günündə 57, 65, 74 və 97 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər xalça üzərinə çıxırlar.
Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Yaşar Əliyev (57 kq) fransalı Zoheir El Ouarraqe, "London-2012" Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov (65 kq) Rusiya idmançısı İlyas Bekbulatov, Cəbrayıl Həsənov (74 kq) macarıstanlı Mixali Nagi, Xetaq Qazyumov (97 kq) isə Polşa güləşçisi Radoslav Baran ilə üz-üzə gələcək.
Qeyd edək ki, yarışın ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olublar. Qadın güləşçilərin mübarizəsində isə idmançılarımız 2 qızıl və 1 bürünc medal qazanıblar. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.
"London-2012" Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov ilk görüşünü qələbə ilə başa vuraraq səkkizdəbir finala yüksəlib. Rusiya idmançısı İlyas Bekbulatovu məğlub edən güləşçimiz növbəti mərhələdə moldovalı Mixail Sava ilə qarşılaşacaq.
Daha bir güləşçimiz ilk görüşündə qələbə qazanıb. "London-2012"-nin bürünc medalçısı Xetaq Qazyumov (97 kq) Polşa güləşçisi Radoslav Baranı məğlub edərək səkkizdəbir final mərhələsinə vəsiqə əldə edib. Onun bu mərhələdə rəqibi Avropa çempionatının bürünc mükafatçısı, Moldova idmançısı Nikolay Çaban olacaq.
Olimpiya çempionu Toğrul Əsgərov moldovalı Mixail Savanı böyük hesabla (10:0) məğlub edib. Beləliklə idmançımız dörddəbir finala yüksəlib və bu mərhələdə fransalı Maksim Fiquet ilə qarşılaşacaq.
Avropa çempionatının gümüş mükafatçısı Cəbrayıl Həsənov macarıstanlı Mixali Nagiyə böyük üstünlüklə qalib gələrək adını dörddəbir finalçıların siyahısına yazdırıb. Güləşçimizin növbəti rəqibi türkiyəli Soner Demirtaş olacaq.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































