Torpağı olanlara ŞAD XƏBƏR - Böyük qazanc SİZİ GÖZLƏYİR
23 Oktyabr 11:20
Şəkidə 57 yaşlı kişi yanıq xəsarətləri alıb. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, Şəki rayon Baş Kəldək kənd sakini 1967-ci il təvəllüdlü Mais Qinyət oğlu Nəbiyev ağır dərəcəli yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Reanimasiya şöbəsinə yerləşdirilən kişinin müalicəsi xəstəxanada davam etdirilir.
M.Nəbiyevin hansı şəraitdə yanıq xəsarətləri aldığı hələlik məlum deyil.
Azərbaycanpolisi.az