Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin hökmü Ədalət Süleymanova aid hissədə ləğv olunub və cinayət işinin apellyasiya instansiyası məhkəməsində həmin hissədə yenidən baxılması təyin edilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.
İttihama görə, hadisə 2020-ci ilin avqustunda baş verib. 2015-ci il təvəllüdlü Gülüm Abidova avqustunda yaşadıqları həyətdə nərdivanın aşması nəticəsində yıxılıb. Sonra valideynləri onu Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Orada uşağa həkim baxıb, sistemlər köçürülüb. Valideynlərin dediklərinə görə, həkim onlara uşağın vəziyyətinin qorxulu olmadığını, qısa müddətdə yaxşılaşacağını bildirib. Sonra Gülümün vəziyyəti pisləşdiyi üçün onu təcili yardım maşını ilə Bakıya gətiriblər. Saat 20:00-da xəstəxanaya çatdırılan Gülüm bir neçə saat sonra orada vəfat edib. Hadisədən sonra Şöhrət Əhmədov və Ədalət Süleymanov saxlanılıblar və barələrində Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Məlumatı oxu.az saytı paylaşıb.
Bərdə Rayon Məhkəməsinin hökmü ilə Şöhrət Əhmədov 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib, Ədalət Süleymanova isə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti qismən təmin edilib, Bərdə Rayon Məhkəməsinin çıxardığı Ədalət Süleymanova aid hissədə ləğv olunub. Belə ki, o, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























