Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2019" yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku" müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Mahaçkala" və "Volqodonsk" kiçik artilleriya gəmiləri iyulun 31-də Bakıya gəlib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər "Beynəlxalq Ordu Oyunları-2019" yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku" müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az