Meteohəssas insanlar üçün yanvar ayının təqvimi - Diqqətli olun!
3 Yanvar 2025 12:19
Ermənistan Milli Məclisinin Respublika partiyasından olan nüfuzlu deputatı Artak Sarqsyan haqda yeni məlumatlar üzə çıxıb. Tert.am-ın xəbərinə görə, millət vəkilinin həyat yoldaşı faizə pul verir və bu biznesini şaxələndirməklə məşğuldur. Deputatın arvadı Elvina ötən il 759000 dram (təxminən 1653 manat) əməkhaqqı aldığı halda, 2014-cü ilin gəlir bəyannaməsinə görə 2470000 dram (təxminən 5380 manat) və 462180 ABŞ dollarına malik olduğunu bildirib. 2013-cü ilin gəlir bəyannaməsi ilə müqayisədə məlum olub ki, xanım Sarqsyan bir il ərzində qeyri müəyyən şərtlərlə 283000 ABŞ dolları əldə edib. Bu isə deputat arvadının faizə pul vermək biznesinin sürətlə genişləndirildiyini təsdiq edir.
Mediainfo.az