Ermənistanın dövlət himni dəyişilə bilər. Artıq bu məsələ ölkənin Bəstəkarlar İttifaqının rəhbəri Aram Satyan tərəfindən gündəmə gətirilib. Tert.am saytının məlumatına görə, Bəstəkarlar İttifaqının rəhbəri digər tanınmış bəstəkarların və ziyalıların fikrini əsas gətirərək, 20 ildir ölkənin "Mer Hayrenik(Bizim Vətən)" adlı dövlət himnini dəyişdirməyi təklif edir. O, Qabriyel Yeranyanın 1982-ci ildə qələmə aldığı "Ermənistan" əsərini himn şəklində istifadə etməyi məqsədəuyğun sayır. Ölkənin birinci bəstəkarı Aram Satyan jurnalistlərin ona ünvanladığı "himn sizin xoşunuza gəlmir ki" sualına sualla cavab verib: "Bəs sizin xoşunuza gəlir?" Daha sonra Bəstəkarlar İttifaqının sədri fikrinə aydınlıq gətirib: "Rabis (erməni ara mahnıları) üslubunda musiqiyə də öyrəşmək olur. Pis zövqə də, pis həyata da alışmaq olur".
Mövzu ilə əlaqədar erməni jurnalistləri ölkədə məşhur olan bəstəkar Daniyel Yerajiştlə də görüşüblər. O isə müasir Ermənistanın himni qismində Sovet Ermənistanının himnin musiqisini təklif edib. "Aram Xaçaturyanın yazdığı əsərin musiqisi çox gözəldir. Lakin sözlər müasir dövrün tələbinə uyğun dəyişdirilməlidir. İndiki himnin musiqisi bir qədər qəmgin və solğundur".
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





.jpg)





























.jpg)
.jpg)










.jpg)







